https://pediatriyajurnali.az/index.php/apj/issue/feedAzərbaycan Pediatriya Jurnalı2024-11-12T05:56:52-07:00Təranə Tağızadəpediatriyajurnali@gmail.comOpen Journal Systems
“Azərbaycan Pediatriya Jurnalı”nın səhifələrində tibb elminin fundamental və tətbiqi məsələlərinin, xəstəliklərin diaqnostika, müalicə və profilaktikasına, dərman preparatlarının səmərəli istifadəsinə, perinatologiya və pediatriyanın sosial və ekoloji problemlərinə, simpozium və konfransların materiallarına, səhiyyənin təşkilinə bir çox digər problemlərə həsr olunmuş məsələlərin müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur. Bütün bu problemlərin müzakirəsi məqsədilə Sizləri əməkdaşlığa dəvət edirik.

Yenicə işıq üzü görmüş “Azərbaycan Pediatriya Jurnalı”nın məzmunu və gələcək fəaliyyəti ilə bağlı daxil olan bütün irad və təkliflərə görə redaksiyanın əməkdaşları adından oxucularımıza qabaqcadan öz təşəkkür və minnətdarlığımızı bildiririk.

Azərbaycan Pediatriya Jurnal 2022-ci ildən etibarən Azərbaycan Pediatrlar Assosiasiyası və "Uptodate İn Medicine" tibb nəşrləri tərəfindən birgə dərc edilir.

Azərbaycan Pediatriya Jurnalı

ISSN:

Jurnalın auditoriyası bütün səviyyələrdə təhsil almış tibb tələbələri, tibb və cərrahiyyə rezidentləri, yeni ixtisaslı mütəxəssisləri, təcrübəli tibb mütəxəssisləri və ictimai səhiyyə mütəxəssisləri daxil olmaqla. Onun məqsədi dünya səviyyəsində pasiyentlərin xeyrinə olan səmərəli, uyğun və sübuta əsaslanan klinik praktika barədə məlumatlandırmaqdır.

Resenziya bəyanatı

APJ dərc edilməsi üçün təqdim edilən bütün əlyazmalar bölmənin redaktorları, resenzentlər və həmin jurnalın baş redaktoru tərəfindən (o, resenziya zamanı qaldırılan sualların düzgün cavablandırıldığına və jurnal tərəfindən oxucularımız üçün maraqlı olan təhsil və elmi praktik yanaşmanın təmin edildiyinə əminlik yaradır) nəzərdən keçirilir.

DOI®nömrə

Avrasiya Klinik Elmlər Jurnalında dərc olunan hər bir sənədə dərc olunan sənəddə görünən DOI®nömrə təyin edilir. DOI®nömrə (Digital Object Identifier – Obyektin Rəqəmli İdentifikatoru) haqqında daha ətraflı məlumat üçün BURAtıklayın.

Aşağıdakılarda Annotasiya verilib / İndeksasiya edilib:

CrossRef, CrossCheck, Google Scholar, Academic Journal Databases, Scientific Index, Academia.edu
https://pediatriyajurnali.az/index.php/apj/article/view/19“Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri2024-11-12T05:50:37-07:00Azərbaycan Tibb Universitetix.eyvazova@mail.ru
9-12 oktyabr tarixlərində Bakıda, ilk dəfə olaraq, “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XI Avrasiya Uşaq Həkimlərinin Konqresi keçirilib. Böyük fəxr və qürur hissi ilə bildiririk ki, konqresdə dəyərli alimlər, xarici və beynəlxalq təşkilatlardan səhiyyə mütəxəssisləri bir araya gələrək, uşaqların sağlamlıq problemləri, onların rifahına qayğı siyasəti, uşaqlarla bağlı səhiyyə-sağlamlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində öz rəy və təkliflərini bölüşməklə, həllini gözləyən məsələləri gündəmə gətirməklə tədbirin işinə böyük töhvə veriblər. 3 gün davam edən beynəlxalq tədbirdə 9 ölkədən 200-ləy çox xarici nümayəndə – tanınmış səhiyyə işçiləri, elm xadimləri təmsil olunub və 168 elmi məruzə təqdim olunub, ümumilikdə isə 600 iştirakçı qeydiyyatdan keçib. Konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Tibb Universitetindən rəhbər və nümayəndələr, millət vəkilləri, səfirlər, Şanxay Əməkdaşlıq Təşkilatının Xəstəxanalarla Əməkdaşlıq Alyansının direktoru və digər səlahiyyətli şəxslər, Avrasiya dövlətlərindən 4 akademik, 3 ölkədən elmi-tədqiqat pediatriya institutlarının, 3 ölkədən tibb universitetlərinin rəhbər şəxsləri, 12 kaferdra müdiri, 17 pediatriya assosiasiyası və cəmiyyətlərin sədrləri, 4 ölkənin uşaq xəstəxanalarının rəhbərləri və b. qonaqlar iştirak etdilər. Bundan əlavə, 3 ölkənin ATU-ilə əməkdaşlıq memorandumları təklif olunaraq ATU-nin Beynəlxalq şöbəsinə təqdim edildi. Ümid edirk ki, konqresdə irəli sürülən prioritetlərin reallaşdırılması ilə biz milli genofondumuzun sağlam inkişafında böyük bir tohfə verəcəyik. Konqresin təşkili və keçirilməsində başda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi olmaqla, əməyi keçən hər bir iştirakçıya dərin təşəkkürümüzü bildiririk.

2024-11-12T00:00:00-07:00Copyright (c) 2024 Azərbaycan Pediatriya Jurnalı