“Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri
Annotasiya
9-12 oktyabr tarixlərində Bakıda, ilk dəfə olaraq, “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XI Avrasiya Uşaq Həkimlərinin Konqresi keçirilib. Böyük fəxr və qürur hissi ilə bildiririk ki, konqresdə dəyərli alimlər, xarici və beynəlxalq təşkilatlardan səhiyyə mütəxəssisləri bir araya gələrək, uşaqların sağlamlıq problemləri, onların rifahına qayğı siyasəti, uşaqlarla bağlı səhiyyə-sağlamlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində öz rəy və təkliflərini bölüşməklə, həllini gözləyən məsələləri gündəmə gətirməklə tədbirin işinə böyük töhvə veriblər. 3 gün davam edən beynəlxalq tədbirdə 9 ölkədən 200-ləy çox xarici nümayəndə – tanınmış səhiyyə işçiləri, elm xadimləri təmsil olunub və 168 elmi məruzə təqdim olunub, ümumilikdə isə 600 iştirakçı qeydiyyatdan keçib. Konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Tibb Universitetindən rəhbər və nümayəndələr, millət vəkilləri, səfirlər, Şanxay Əməkdaşlıq Təşkilatının Xəstəxanalarla Əməkdaşlıq Alyansının direktoru və digər səlahiyyətli şəxslər, Avrasiya dövlətlərindən 4 akademik, 3 ölkədən elmi-tədqiqat pediatriya institutlarının, 3 ölkədən tibb universitetlərinin rəhbər şəxsləri, 12 kaferdra müdiri, 17 pediatriya assosiasiyası və cəmiyyətlərin sədrləri, 4 ölkənin uşaq xəstəxanalarının rəhbərləri və b. qonaqlar iştirak etdilər. Bundan əlavə, 3 ölkənin ATU-ilə əməkdaşlıq memorandumları təklif olunaraq ATU-nin Beynəlxalq şöbəsinə təqdim edildi. Ümid edirk ki, konqresdə irəli sürülən prioritetlərin reallaşdırılması ilə biz milli genofondumuzun sağlam inkişafında böyük bir tohfə verəcəyik. Konqresin təşkili və keçirilməsində başda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi olmaqla, əməyi keçən hər bir iştirakçıya dərin təşəkkürümüzü bildiririk.
##article.full_articles##
Müəlliflər
Copyright (c) 2024 Azərbaycan Pediatriya Jurnalı
Bu iş mövcuddur Lisenziyalar Creative Commons «Attribution-NonCommercial-NoDerivatives» ("Attribution - Non-Commercial Use - No Derivatives") 4.0 Dünya Çapında .