“Azərbaycan Pediatriya Jurnalı” Azərbaycan Pediatrlar Assosiasiyasının resenziyalı elmi jurnalıdır. Jurnalın təsis olunmasında əsas məqsəd müasir dövrdə neonatologiya və pediatriya sahəsində əldə olunan elmi-praktik yeniliklərin və nailiyyətlərin ölkəmizin tibb müəssisələrində çalışan pediatrların, mama-ginekoloqların, neonatoloqların, anestezioloq-reanimatoloqların, həkim-rezidentlərin, tələbələrin və digər mütəxəssislərin nəzərinə çatdırmaqdır.

Bu gün özünün inkişaf və yüksəliş mərhələsini yaşayan respublika səhiyyəsinin qarşısında duran ən aktual və prioritet məsələlərdən biri III Minilliyin əsas məqsədlərindən hesab olunan ana və uşaq ölümünün minimuma endirilməsi və əhalinin yüksək fiziki sağlamlığının təmin edilməsidir. Bunun üçün, hər şeydən əvvəl, müasir tibbi texnologiya ilə yanaşı yüksək ixtisaslı və peşəkar tibb kadrlarının hazırlanmsına ehtiyac vardır. Ümid edirik ki, bu jurnalın nəşri göstərilən problemlərin həlli işində ölkə səhiyyəsinə dəstək olacaqdır.

“Azərbaycan Pediatriya Jurnalı”nın səhifələrində tibb elminin fundamental və tətbiqi məsələlərinin, xəstəliklərin diaqnostika, müalicə və profilaktikasına, dərman preparatlarının səmərəli istifadəsinə, perinatologiya və pediatriyanın sosial və ekoloji problemlərinə, simpozium və konfransların materiallarına, səhiyyənin təşkilinə bir çox digər problemlərə həsr olunmuş məsələlərin müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur. Bütün bu problemlərin müzakirəsi məqsədilə Sizləri əməkdaşlığa dəvət edirik.

Yenicə işıq üzü görmüş “Azərbaycan Pediatriya Jurnalı”nın məzmunu və gələcək fəaliyyəti ilə bağlı daxil olan bütün irad və təkliflərə görə redaksiyanın əməkdaşları adından oxucularımıza qabaqcadan öz təşəkkür və minnətdarlığımızı bildiririk.

Azərbaycan Pediatriya Jurnalı

ISSN: 

Jurnalın auditoriyası bütün səviyyələrdə təhsil almış tibb tələbələri, tibb və cərrahiyyə rezidentləri, yeni ixtisaslı mütəxəssisləri, təcrübəli tibb mütəxəssisləri və ictimai səhiyyə mütəxəssisləri daxil olmaqla. Onun məqsədi dünya səviyyəsində pasiyentlərin xeyrinə olan səmərəli, uyğun və sübuta əsaslanan klinik praktika barədə məlumatlandırmaqdır.

Azərbaycan Pediatriya Jurnalı kvartalda 1 dəfə dərc olunur. Jurnal Azərbaycan Pediatrlar Assosiasiyası və "Uptodate İn Medicine" healthcare sciencing publishing tibb nəşriyyatı tərəfindən dərc edilir. 

Resenziya bəyanatı

APJ dərc edilməsi üçün təqdim edilən bütün əlyazmalar bölmənin redaktorları, resenzentlər və həmin jurnalın baş redaktoru tərəfindən (o, resenziya zamanı qaldırılan sualların düzgün cavablandırıldığına və jurnal tərəfindən oxucularımız üçün maraqlı olan təhsil və elmi praktik yanaşmanın təmin edildiyinə əminlik yaradır) nəzərdən keçirilir. 

DOI®nömrə

Avrasiya Klinik Elmlər Jurnalında dərc olunan hər bir sənədə dərc olunan sənəddə görünən DOI®nömrə təyin edilir. DOI®nömrə (Digital Object Identifier – Obyektin Rəqəmli İdentifikatoru) haqqında daha ətraflı məlumat üçün BURAtıklayın.

Aşağıdakılarda Annotasiya verilib / İndeksasiya edilib:

CrossRef, CrossCheck,  Google Scholar, Academic Journal Databases, Scientific Index, Academia.edu