HELMİNTOZLARDA İMMUNITETİN ROLU VƏ MÜASİR PROFİLAKTİK YANAŞMALAR
Annotasiya
Helmintozların immunologiyası son illərdə sürətlə inkişaf edən bir elmi istiqamət olaraq, helmintlərin insan orqanizminə təsir mexanizmlərinin immunoloji səviyyədə öyrənilməsinə imkan yaratmışdır. Bu sahədə aparılan tədqiqatlar helmintozların diaqnostikası və müalicəsinin elmi əsaslarla həyata keçirilməsində mühüm rol oynayır. Helmintlər tərəfindən törədilən immun
cavab zəif və qısa müddətli olmaqla yanaşı, əsasən parazitin sürfə mərhələsində müşahidə olunur. İmmun cavab IgG, IgM,
IgA və xüsusilə IgE sinfinə aid anticisimlərin iştirakı ilə formalaşır. Seroloji müayinələr əsasında əldə edilən nəticələr göstərmişdir ki, yoluxma hallarının ən çox yayıldığı yaş qrupu 4–11 yaş arası uşaqlardır. Bu, ətraf mühitlə intensiv təmas və qeyri-kafi gigiyena ilə əlaqələndirilir. Helmint infeksiyalarının qarşısının alınması məqsədilə ÜST-nin tövsiyə etdiyi kütləvi
dərmanvermə proqramları (mass drug administration (MDA), gigiyenik təlimatlar və sanitariya tədbirləri mühüm profilaktik
yanaşmalar kimi qəbul edilir. Eyni zamanda, immunoloji və seroloji tədqiqatların praktik istifadəsi helmint infeksiyalarına qarşı mübarizədə yeni imkanlar təqdim edir.
##article.full_articles##
Biblioqrafik istinadlar
2. Ross, A. G., & McManus, D. P. (2018). Global epidemiology of soil-transmitted helminth infections: A review. Journal of Infection and Public Health, 11(6), 873-878.
3. Abdullah, S. H., & Khan, H. (2018). Epidemiology and control of geohelminthiasis in rural areas of Pakistan. Tropical Medicine and Health, 46(5), 112-117.
4. González, M. R., & Rodríguez, J. M. (2018). Mass deworming programs: Economic and social perspectives on treatment of geohelminths. Tropical Medicine and International Health, 23(9), 1187-1195.
5. World Health Organization (WHO). (2021). The role of mass drug administration (MDA) in reducing helminth transmission. WHO Technical Report Series, 1001, 1-35
6. Ameh, M. J., & Zilberstein, D. (2022). Advances in immunotherapy for geohelmint infections: Challenges and future directions. International Journal of Immunology, 15(1), 31-40.
7. Wang, T., & Li, Y. (2021). A global overview of geohelminth-related public health challenges. BMC Infectious Diseases, 21(1), 467-478.
Müəlliflər
Copyright (c) 2025 Azərbaycan Pediatriya Jurnalı

Bu iş mövcuddur Lisenziyalar Creative Commons «Attribution-NonCommercial-NoDerivatives» ("Attribution - Non-Commercial Use - No Derivatives") 4.0 Dünya Çapında .