Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti, Azərbaycan Pediatriya Assosiasiyası və ISIM-in birgə təşkilatçılığı və Uptodate in Medicine texniki dəstəyi ilə 6 may 2023-cü il tarixində keçiriləcək “Pediatriya və Neonatologiyada Yeniliklər üzrə 2-ci Beynəlxalq Konfrans”a hər birinizi dəvət etməkdən məmnunluq duyuruq.

Konfrans zamanı pediatriya və neonatologiyanın ən aktual problemlərinə dair aparıcı milli və xarici ekspertlərin məruzələri və təqdimatları dinləniləcəkdir.

Bununla yanaşı, konfrans çərçivəsində "Sümük iliyi daxili (İntraosseous) çıxışın əldə edilməsi və infuziyaların aparılması" üzrə praktik seminar da baş tutacaqdır.

Konfrans zamanı elmi tədqiqatların nəticələrinə dair poster və şifahi təqdimatlar da təşkil ediləcəkdir.

Sizi konfransda iştiraka dəvət edir və bu möhtəşəm elmi-praktik tədbirdə səbirsizliklə gözləyirik.

QEYDİYYAT ÜÇÜN:

https://www.uimconsulting.com/az/site/conference/56